AZ

Ekvador polisi banan qutularında Rusiyaya göndərilən 3 ton kokaini müsadirə edib

Ekvador polisi Maçala limanında banan qutularında gizlədilən 3,2 tona yaxın kokain müsadirə edib.

Azpost.info xəbər verir ki, bu barədə yerli “Ecuavisa” nəşri hüquq-mühafizə orqanlarının istinadən yazır.

Məlumata görə, Sankt-Peterburqa göndərilmək üçün böyük bir narkotik partiyası hazırlanıbmış.

“Rəsmilər malın dəyərini 6,3 milyon dollar qiymətləndirir, lakin Sankt-Peterburqa çatanda yükün qiyməti 254,6 milyon dollara yüksələcəkdi”, – nəşr qeyd edir.

Faktla bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb. Bu işdə çatdırılmanın arxasında marketinq şirkətinin direktoru da daxil olmaqla iki nəfər həbs edilib.
Yerli qanunlara görə, şübhəliləri 10 ildən 13 ilə qədər həbs gözləyir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
azpost.info

1Mənbələr