AZ

Bayden Trampla olan debatı barədə: "Komandamı dinləmədim, az qala..."

ABŞ Prezidenti Co Bayden günlər sonra Trampla olan debatından və buradakı zəif performansından danışıb.

 

Sfera.az bildirir ki, Virciniya ştatının Maklin bölgəsində təşkil edilən xeyriyyə tədbirinə qatılan Bayden diqqətçəkən etiraflar edib.

 

“Debatdan bir müddət əvvəl dünyanı bir neçə dəfə gəzmək qərarına gəldim, komandamı dinləmədim. Səhnədə az qala yuxuya gedirdim”,-  o bildirib.

 

Bayden əlavə edib ki, onun dedikləri bəhanə deyil, izahatdır.

 

Qeyd edək ki, yaşı və psixi sağlamlıq problemləri səbəbilə aylardır, dünya gündəmində olan ABŞ Prezidenti Co Bayden noyabr ayında seçkilərdən əvvəl televiziyada ilk debatını keçirib. O, rəqibi Donald Trampla qarşılaşıb, ancaq nəticə böyük bir fiasko olub. Baydenin debat zamanı zəif çıxışı, suallara cavab verə bilməməsi və daimi donması ABŞ-də zəlzələ effekti yaradıb. Demokratlar Baydeni “geri çəkilməyə” çağırıb, hazırkı prezident sərt şəkildə tənqid edilib.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
sfera.az

2Mənbələr