AZ

Ərdoğan Putini Türkiyəyə dəvət etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçılarının 24-cü Zirvə Toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstanın paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
“Çoxdandır ki, əziz dostumla görüşmürük. Telefonla görüşlərimiz oldu. amma nazirlərimiz bir-biriləri ilə daim əlaqə saxlayırlar. Sinop Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanıram ki, bununla bağlı ciddi addımlar atacağıq. Bu məsələ ilə bağlı energetika və təbii sərvətlər nazirimiz həmkarı ilə müzakirələrini davam etdirir”, - Ərdoğan Putinlə görüşünün mətbuata açıq hissəsindəki çıxışında deyib.
Ərdoğan xüsusilə BOTAŞ və QAZPROM arasında münasibətlərin səmimi bir atmosferdə davam etdiyini bildirib.
“55 milyard dollarlıq Türkiyə-Rusiya ticarət həcmi bizim üçün son hədd deyil. Bizim hədəfimiz 100 milyard dollara çatmaqdır. İnanıram ki, biz bu hədəfə çata bilərik”, - deyə Türkiyə lideri əlavə edib.  
Ərdoğan Türkiyə və Rusiya arasındakı türizm əlaqələrinə də toxunub.
Digər tərəfdən, Ərdoğan Putini yaxın vaxtlarda Türkiyəyə səfərə dəvət edib. Putin isə mütləq Türkiyəyə gedəcəyini bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
yeniavaz.com

1Mənbələr