AZ

Təqdimata hazırlaşan CMF Phone 1-in arxa kamera dizaynı sərgilənib

     Nothing şirkətinin CMF subbrendinin 8 iyul tarixindəki təqdimata hazırlaşan CMF Phone 1 adlı ilk smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə subbrend smartfonun arxa kamera dizaynını sərgiləyib. Subbrend tərəfindən təqdim edilmiş fotoya əsasən CMF Phone 1 ikili arxa kameranı əldə edəcək. İki ədəd kamera smartfonun arxa panelinin yuxarı sol hissəsindəki oval formalı kamera sahəsinin daxilində mövcud olacaq.     Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfonun əsas arxa kamerası 50 MP-lik olacaq və o, f/1.8 diafraqmalı olacaq. Üstəlik əsas arxa kamera özündə 2 qat optik zoom imkanını birləşdirəcək. Artıq məlumdur ki, CMF Phone 1 MediaTek Dimensity 7300 5G prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM-ı əldə edəcək. Üstəlik smartfonda virtual RAM özəlliyi də dəstəklənəcək və bunun sayəsində RAM yaddaşını əlavə 8 GB artırmaq mümkün olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
technote.az

1Mənbələr