AZ

Zelenski Azərbaycan qazının tranzitindən danışıb

Ukrayna tranzit ölkə rolunu qorumaq və qərb qonşularına enerji təhlükəsizliyini təmin etməkdə kömək etmək üçün Azərbaycandan Avropa İttifaqına təbii qaz tшчкфсж  ilə bağlı danışıqlar aparır. Bunu  Bloomberg verdiyi məlumata görə, Ukrayna Prezident Vladimir Zelenski bildirib. 

 "Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir",  -  Zelenski Bloomberg TV-yə müsahibəsində deyib.
 
İndi prezidentin sözlərinə görə, "Nazirlər Kabinetinin üzvləri bununla məşğuldur”.

"İndi alternativ addımlar nəzərdən keçirilir, başqa bir qaz təchizatçısı, başqa ölkə ilə kəmərdən necə istifadə edə bilərik”, -  Zelenski bildirib.

Prezident vurğulayıb ki, Ukrayna Rusiya Federasiyası ilə qaz müqaviləsini yeniləmək istəmir.

"Biz onların burada pul qazanmalarını istəmirik",  -   Zelenskiəlavə edib. 
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
anews.az

1Mənbələr