AZ

Putin söz verdi: Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana danışıqlarda iştirak etmək üçün Türkiyəyə gələcəyinə söz verib.

Yenisabah.az xəbər verir ki, Astanada söhbət zamanı Ərdoğan Putini “ən qısa zamanda” Türkiyədə gözlədiyini deyib.

“Mən mütləq gələcəm”, - deyə Putin cavab verib və türk vəzifədaşına təşəkkür edib.

Xatırladaq ki, Rusiya Federasiyası və Türkiyə prezidentləri Astanada ŞƏT sammiti çərçivəsində görüşürlər.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
yenisabah.az

1Mənbələr