AZ

"Hizbullah" liderindən AÇIQLAMA - İsraillə müharibəmiz BU HALDA dayanacaq

Dünən Livanın "Hizbullah" hərbi-siyasi təşkilatının liderinin müavini Naim Qasım Qəzza zolağında atəşkəs haqqında danışıb.

Musavat.comAzad İran”a istinadən xəbər verir ki, bu barədə o, “Associated Press”ə müsahibəsində deyib.

“Qəzza zolağında atəşkəs əldə olunarsa, biz heç bir müzakirəsiz dayanacağıq. Livan-İsrail sərhədində atəşkəsin yeganə yolu Qəzzada tam atəşkəsin yaranmasıdır”, - deyə Naim Qasım bildirib.

Onun sözlərinə görə, "Hizbullah"ın İsrail-HƏMAS müharibəsində iştirakı müttəfiqi HƏMAS-a dəstəkdir və müharibə dayanarsa, bu hərbi dəstək artıq mövcud olmayacaq.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
musavat.com

1Mənbələr