AZ

Büdcəli Samsung Galaxy A13 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb

     Samsung şirkəti büdcəli smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A13-ə çatıb. Sözügedən smartfon üçün sistem yenilənməsi A137FXXU5EXE3 nömrəsi altında təqdim edilib və onun həcmi 1.4 GB təşkil edir. Smartfon OneUI 6.1 vasitəsilə Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməsə də, tərtibatçılar bu smartfon üçün sistem tətbiqlərini yaxşılaşdırıb və cihazın ümumi təhlükəsizliyi üzərində çalışıblar. OneUI 6.1 artıq mərhələli şəkildə Galaxy A13-ün Avropadakı istifadəçiləri üçün istifadəyə verilir. Yaxın zamanda sistem yenilənməsi sözügedən smartfonun bütün istifadəçiləri üçün aktiv olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
technote.az

1Mənbələr