AZ

MSI MAG 271QPX QD-OLED E2 gaming monitoru təqdim edilib - QİYMƏTİ

     MSI şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MAG 271QPX QD-OLED E2 adlanır. Bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın adi parlaqlıq səviyyəsi 250 nit, HDR rejimdə parlaqlıq səviyyəsi isə 450 nit təşkil edir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyədir.     Ekran üstəlik sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB Type-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB Type-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 15 vatt çıxış gücünə sahibdir. MSI MAG 271QPX QD-OLED E2-nin nə zaman satışa çıxacağı barəsində məlumat verilməsə də qeyd edilib ki, onun qiyməti 700$ təşkil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
technote.az

1Mənbələr