AZ

İddialara görə, Samsung, Galaxy S25 Plus modelini ləğv edə bilər!

     Samsung, gələn ilin əvvəlində satışa çıxarılacaq Galaxy S25 seriyasının planlarında əhəmiyyətli dəyişiklik edə bilər. Android Headlines-ın iddiasına görə, Samsung, Galaxy S25 seriyasındakı Plus modelindən imtina edə bilər. Android Headlines iddiasını, Galaxy S25 Plus modelinin verilənlər bazasında olmaması ilə əsaslandırır. Müvafiq olaraq, Galaxy S25 seriyasında iki model olacaq: Galaxy S25 və S25 Ultra. Galaxy S25, IMEI data bazasında SM-S931B/DS model nömrəsi ilə tapılıb. Galaxy S25 Ultra isə SM-S938B, SM-S938U, SM-S938N və SM-S9380 model nömrələrilə təqdim olunacaq kimi görünür. Burada “B” Qlobal, “U” ABŞ, “N” isə Cənubi Koreya deməkdir.      Samsung-un qərarında Plus modellərinin aşağı satış rəqəmlərinin rol oynadığı bildirilir. Buna görə də bu modelin olmaması Samsung üçün böyük problem yaratmayacaq. Əvvəlki illərdə S və Note seriyası ilə 4 flaqman modeli çıxaran Samsung, Note seriyasını ləğv edərək, S21 Ultra modelini çıxararaq model sayını 3-ə endirdi. Əgər iddia doğrudursa, Samsung, flaqman modellərinin sayını 2-yə endirəcək. Beləliklə, məhsul çeşidi daha sadə olacaq. Son illərdə Plus ilə adi model arasındakı fərq demək olar ki, çox az idi. İki model arasındakı əsas fərqlər ekran ölçüsü, batareya tutumu və ekran keyfiyyətilə məhdudlaşır. Məsələn, Galaxy S24 və Galaxy S24+ eyni kamera xüsusiyyətlərini paylaşır və qiymət fərqini nəzərə alaraq Plus modelini daha az cəlbedici edir. Bundan əlavə, Plus modelinin ləğvi istehlakçıları daha yüksək səviyyəli Ultra modelinə yönəltmək üçün strateji addım ola bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
technote.az

2Mənbələr