AZ

Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib

    Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellərdən biri də Redmi Note 14 Pro olacaq. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxdı ki, sözügedən model xarici görünüşcə əvvəlki Redmi Note smartfonlarından fərqlənəcək. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Redmi Note 14 Pro-nun arxa panel dizaynını sərgiləyən fotonu təqdim edib. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, yeni smartfonda əsas dizayn dəyişikliyi arxa kamera sahəsini əhatə edəcək.     Belə ki, Redmi Note 14 Pro-da arxa kamera sahəsi bir qədər dairəvi və bir qədər kvadrat formalı olacaq və o, arxa panelin yuxarı mərkəz hissəsində yerləşəcək. Bu cür dizayn daha öncəki Redmi Note smartfonlarının dizaynlarından olduqca fərqlənir və Redmi Note seriyasına yeni nəfəs gətirir. Son məlumat sızıntılarına əsasən Redmi Note 14 Pro smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameraya sahib olacaq və özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
technote.az

1Mənbələr