AZ

Putin Rusiya-Azərbaycan əlaqələrinin inkişafını yüksək qiymətləndirdi

"Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə deyib.

Putin Moskva və Bakının birgə infrastruktur layihələrinə də toxunaraq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin prioritet olduğunu qeyd edib.

O xatırladıb ki, ölkələr 2022-ci ilin sonunda imzalanmış saziş əsasında birgə işləyirlər.

Rusiya Prezidenti əlavə edib ki, bu, bütün sahələrdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır.

Putin əməkdaşlığın humanitar komponentinə də diqqət çəkərək, bu yaxınlarda Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin başa çatdığını vurğulayıb:

"Rus dilinin dəstəklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda 300-dən çox məktəb rus dili ilə işləyir, gənclərə və uşaqlara bu dili öyrədir. Bu, gələcək üçün əlaqələrimizin saxlanılması və inkişafı üçün yaxşı zəmin və perspektivlər yaradır", - deyə Rusiya lideri yekunlaşdırıb.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
bakivaxti.az

1Mənbələr