AZ

Ərdoğan Putini Türkiyəyə səfərə dəvət etdi - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini tezliklə Türkiyəyə səfərə dəvət edib. Kremlin sahibi Türkiyəyə danışıqlar üçün mütləq səfər edəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı rus mətbuatı yayıb.

Astanada ŞƏT çərçivəsində keçirilən görüşdə Türkiyə lideri qeyd edib ki, Ankara və Moskva Türkiyədə Sinop Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır:

"İnanıram ki, biz bu istiqamətdə ciddi addımlar ata bilərik".
Putin isə öz növbəsində deyib ki, dünyadakı bütün problemlərə baxmayaraq, Rusiya ilə Türkiyə arasında münasibətlər ardıcıl olaraq inkişaf edir.
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
bizim.media

1Mənbələr