AZ

Rusiya Çindən asılı deyil - XİN

Rusiya və Çin Ukrayna münaqişəsi ilə bağlı əlaqə saxlayır, lakin Moskva necə davam edəcəyi ilə bağlı öz qərarını verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.

O qeyd edib ki, Çin və Rusiya müstəqil qərarlar qəbul edən əsas ölkələrdir:

“Biz həmişə olduğu kimi, sülh və dialoqun tərəfində olacağıq, bütün tərəflərlə, o cümlədən Rusiya ilə əlaqə saxlayacağıq", - o, brifinqdə vurğulayıb.

Mao Ning bir daha vurğulayıb ki, Pekin Ukrayna münaqişəsini alovlandırmayıb və bu münaqişədə iştirak etmir.

O əlavə edib ki, Çin bundan sonra da böhranın siyasi həllinin təşviqində konstruktiv rol oynayacaq.

Günel Abbas

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
bakivaxti.az

1Mənbələr