AZ

Türkiyə-Suriya münasibətlərində nomallaşma: Rusiya 3-cü tərəf ola bilər? – Türkiyəli ekspertin ŞƏRHİNDƏ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada baş tutan Şanxay İşbirliyi toplantısında rusiyalı həmkarı Vladimir Putinlə görüşüb və Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması prosesində Moskvanın rolunu müzakirə edib.

Rusiya vasitəsilə Türkiyə-Suriya arasındakı uzun zamandır davam edən gəginlik vəziyyəti sonlana bilər?

“Qazaxıstanın paytaxtı Astanada Şanxay İşbirliyi toplantısına qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əlbəttə ki, burada önəmli görüşlərə imza atacaq. Ərdoğanın özəlliklə prezident Putinlə görüşü diqqət çəkib. Putinlə görüş zamanı Türkiyə-Suriya arasında münasibətlərin normallaşdırılması üçün yönündə fəaliyyətin aparılması və Moskvanın burada 3-cü tərəf qismində çıxış etməsi mümkün bir gözləntidir.”

Bu fikirləri Ednews-a açıqlamasında bildirən türkiyəli politoloq İsmail Cingöz Türkiyənin Rusiya-Ukrayna müharibəsində moderator olacağını bildirib: 

“Suriya ilə Rusiya arasında möhkəm dostluq münasibətlərinin olduğu aşikardır. Bundan başqa, Putinlə Bəşər Əsəd arasında dostluq əlaqələrinin də olması olduqca bilinir. Rusiyanın Suriya ilə əlaqələri Türkiyənin NATO ilə əlaqələrinə bənzətmək olar. Rusiya liderinin Bəşər Əsədlə görüşməsi normallaşma prosesi üçün müsbət bir təsir olacaqdır. 

Başqa bir məsələ də Rusiya-Ukrayna arasında baş verən müharibədə həm Rusiya, həm də Ukrayna ilə əlaqələrini normal şəkildə saxlamağı bacaram Ankara bu münaqişədə 3-cü tərəf ola bilər. Bu iki ölkə arasında atəşkəsin danışıldığı bir dönəmdə gözlənilən bir hadisədir.”

Ekspertin fikrincə Rusiya ilə Türkiyə gələcəkdə daha da sıx siyasi münasibətlərə sahib olacaq:

“Beləliklə, Türkiyənin Rusiya-Ukrayna arasında moderatrlıq etmək kimi bir şansı olan bu vaxtda, Rusiya da öz növbəsində Türkiyə-Suriya arasında 3-cü tərəf kimi çıxış edə bilər. Bütün bunlar Türkiyə ilə Rusiyanın bundan sonra da yaxınlaşmasına təkan verəcək amillərdir. Təbii ki, bu siyasi manevr Türkiyənin dünya güncünə çevrilməsinə də təsir göstərəcək.”

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
ednews.net

1Mənbələr