Amerika Kuboku turnirində iştirak edən Braziliya yığması ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “pentakampeonlar”ın aparıcı üzvü Vinisius Junior cəzalı duruma düşüb. O, yarışın qrup mərhələsində Paraqvay (4:1) və Kolumbiya (1:1) ilə oyunlarda sarı vərəqə aldığından, limiti doldurub. Bu səbəbdən Vinisius 1/4 final mərhələsində Uruqvayla matçda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, Uruqvay - Braziliya qarşılaşması iyulun 7-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta