AZ

ABŞ Ukraynada uçuşa qadağa zonası yaradacaq?

“ABŞ Ukraynanın bir hissəsi üzərində mümkün uçuşa qadağa zonası yaradılması barədə danışmağa hazır deyil”.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

O, Ukraynanın ərazisinin bir hissəsi üzərində uçuşa qadağa zonası yaratmaq çağırışlarını şərh edərkən jurnalistlərə deyib: “İndi bununla bağlı deyiləcək heç nə yoxdur”.

Qeyd edək ki, daha əvvəl AFP agentliyi Ukrayna rəsmilərinə istinadən xəbər vermişdi ki, Kiyev Polşa və Rumıniyada zenit müdafiə sistemləri yerləşdirməklə müttəfiqlərini Ukraynanın qərbində uçuşa qadağa zonası yaratmağa sövq edir.

Ukraynanın yüksək rütbəli təhlükəsizlik rəsmisi agentliyə bildirib ki, Kiyev Qərb müttəfiqləri ilə danışıqları davam etdirir, lakin bu, asan qərar deyil.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
medianews.az

1Mənbələr