AZ

Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin növbəti məhkəməsi keçirilib

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçən prosesdə zərərçəkmiş Solmaz Eyvazova vəsatət göndərib. O bildirib ki, 6 min 500 manat alıb, o həmin pulu qaytarmasımı istəyib.

Hakim tərəflərə çağırış edib: "Biz fevral ayından bu günə kimi cəmi bir təqsirləndirilən şəxs dindirmişik. Belə getsə, bu iş çox uzanacaq. Hərə bir vəsatət yazır. Zərərçəkmiş indi vəsatət yazıb ki, pulunu versinlər".

Hakim Nuridə Seyidovanın tibbi maska taxmaısna münasibət bildirib: "Mən videoyada baxıram, pulları sayanda maska taxan olmayıb. Karonanın ən qaynar vaxtında maska taxmayıblar. İndi burada maska taxırsız".

Zərərçəkmiş Aysel Abdullayeva məhkəmədə çəkilişin aparılmasını istəyib. O deyib ki, Nurdiə Seyidovanın əlaltıları çöldədilər. Amma hakim qərar qəbul edildiyini, çəkilişin dayandırıldığını bildirib.

Daha sonra Nuridə Seyidova ifadə verib. O bildirib ki, xəstələrin gətirilməsini Aynur Babayeva gətirəcəyi ilə razılaşıblar: "Biz 50-50-yə işləyəcəkdik. Çünki Aynurun əlaqələri geniş idi. Sonra biz ofis tutduq. Biz həmin ofisdə xəstələri qəbul etmişdik. Sonra Aynur dedi ki, bu ofis iş görməyimizə görə yarasız idi. Aynur və Aysel ilə razılaşdıq ki, xəstələrin müalicəsi üçün sponsorlar cəlb edəcəydik. Buna görə də şirkətlərə məktub yazırdıq".

Hakim bildirib ki, bu xəstələrin müalicəsi 160 min avrodur, xəstə deyir ki, 25 min dolları var: "Başa düşmək lazım idi ki, qalan pulu necə əldə edəsiz. 25 min dollar alıbsız, bəs müalicə üçün 135 min dolları haradan əldə edəcəkdir?".

Nuridə Seyidova deyib ki, 135 min dolları internet vasitəsi ilə elan edilib, həmin məbləğ toplanacaqdı.

Təqsirləndirilən şəxs bildirib ki, 20-25 nəfər ziyan çəkib. Bu zaman hakim bildirib ki, rəsmi olaraq müraciət edən 36 nəfərdir: "Amma bizə hər gün zənglər gəlir, ziyan çəkənlərin sayı yüzlərlədir. Çoxu bura gəlmir, kameraya düşməkdən utanırlar".

Daha sonra Nuridə Seyidova ifadəsində zərərçəkmişlərdın pulların alınmasını, kimlərin almasını, nə qədər məbləğdə almasını danışıb.

Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. Hakim deyib ki, vergi xidmətinə sorğu göndəriləcək. Sorğuya əsasən "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin vergi bəyanəmələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməsi tələb olunub.

Növbəti proses iyulun 10-da davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
10
e-huquq.az

10Mənbələr