AZ

Putin Trampla Ukraynada sülhün əldə olunması məsələsini müzakirə edir? - Kremldən AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putin keçmiş Amerika lideri və ABŞ prezidentliyinə namizəd Donald Trampla Ukraynada sülhün əldə olunması mövzusunu müzakirə etməyib".

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Qərb mətbuatının Putinlə Tramp arasında Ukrayna münaqişəsinə son qoyulması şərtləri ilə bağlı dialoqun getdiyi barədə yayılan xəbərlərini şərh edərkən bildirib.


Xatırladaq ki, iyunun əvvəlində Putin ABŞ-də keçirilən prezident seçkilərindən sonra Trampın və ya hazırkı prezident Co Baydenin qalib olub-olmamasından asılı olmayaraq orada Rusiyaya münasibətin dəyişməyəcəyini bildirib.Tramp isə bir neçə gün öncə yenidən bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsini həll edəcək.


Əzizə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
sfera.az

2Mənbələr