Aktual.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tiflisdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
"İrəvanla Ankara arasında əldə olunan razılaşmaların həyata keçirilməsinin vaxtı çatıb”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətlərin tənzimlənməsində maraqlıdır və bu istiqamətdə əməli addımlar atır.