Olaylar xəbər verir ki, Rusiya XİN nümayəndəsi bu barədə brifinqdə açıqlama verib.
"Bu, ABŞ-nin öz destruktiv təsirini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsidir", - o deyib.
Nastasinin sözlərinə görə, Vaşinqton Rusiyanın dostlarını və qonşularını ölkə ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və Avropa buna göz yumur.
"NATO üzvlərinin regional məsələlər üzrə öz yanaşmalarını necə israrla irəli sürdüyünü görürük", - o deyib.
Bundan başqa, Rusiya XİN nümayəndəsi Qərbin Ermənistanın silahlandırması məsələsinə də toxunub.
"Ermənistanı silahla silahla doldurulur, onun müdafiə sektorunu yenidən qurmağa, KTMT daxilində mövcud olan kollektiv təhlükəsizlik mexanizmlərini sarsıtmağa çalışırlar", - o deyib.
Nastasin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdəki üçtərəfli kompleks razılaşmaları Bakı-İrəvan münasibətlərinin normallaşması üçün universal baza olaraq qalır.
"Əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik region ölkələrinin özləri tərəfindən, regional məsuliyyət çərçivəsində təmin edilə bilər və edilməlidir", - o deyib.