AZ

Gəncədə iki şirkətin – ƏSAS SƏNƏDLƏRİ MƏHV OLUB

Gəncədə iki şirkətin sənədləri tamamilə məhv olub.

FED.az xəbər verir ki, bunlar “Gəncə-Nəqliyyat-05” ASC   və “Gəncə-Yükdaşıma” ASC-dir. 

Şirkətlərin bununla bağlı yaydığı məlumata görə. ASC-lərin sənədlərinin məhv olmasına təmir işləri səbəb olub.

Müəssisələrin inzibati binasında təmir işləri aparılarkən əldə olan  emissiya prospektinin nüsxələri yararsız hala düşüb və məlumatlar tamamilə məhv olub. Ona görə də həmin nüsxələr etibarsız hesab edilir.

Həm “Gəncə-Nəqliyyat-05” ASC-nin, həm də “Gəncə-Yükdaşıma” ASC-nin emissiya prospektlərinin yeni nüsxələrinin əldə edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
fed.az

1Mənbələr