Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və MətbuatDepartamentinin direktor müavini Andrey Nastasin Azərbaycan vəErmənistanın 9-11 iyul tarixlərində Vaşinqtonda NATO sammitinədəvət olunmasına münasibət bildirib.
Trend xəbərverir ki, Rusiya XİN nümayəndəsi bu barədə brifinqdə açıqlamaverib.
"Bu, ABŞ-nin öz destruktiv təsirini dünyanın bütün regionlarınayaymaq cəhdlərinin daha bir nümunəsidir", - o deyib.
Nastasinin sözlərinə görə, Vaşinqton Rusiyanın dostlarını vəqonşularını ölkə ilə əməkdaşlıqdan uzaqlaşdırmağa çalışır və Avropabuna göz yumur.
"NATO üzvlərinin regional məsələlər üzrə öz yanaşmalarını necəisrarla irəli sürdüyünü görürük", - o deyib.
Bundan başqa, Rusiya XİN nümayəndəsi Qərbin Ermənistanınsilahlandırması məsələsinə də toxunub.
"Ermənistanı silahla silahla doldurulur, onun müdafiə sektorunuyenidən qurmağa, KTMT daxilində mövcud olan kollektiv təhlükəsizlikmexanizmlərini sarsıtmağa çalışırlar", - o deyib.
Nastasin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanliderlərinin 2020-2022-ci illərdəki üçtərəfli kompleksrazılaşmaları Bakı-İrəvan münasibətlərinin normallaşması üçünuniversal baza olaraq qalır.
"Əminik ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik regionölkələrinin özləri tərəfindən, regional məsuliyyət çərçivəsindətəmin edilə bilər və edilməlidir", - o deyib.