AZ

Məhərrəmlikdə toy etmək olarmı? -Açıqlama

Məhərrəmlik nə vaxt başlayacaq?
Məhərrəm ayı İslam tarixində çox vacib bir dövr olaraq qəbul edilir və bu dövrə hörmət əlaməti olaraq şənliklərdən, toy və digər əyləncə tədbirlərindən çəkinmək tövsiyə olunur. Bəzi icmaların və ailələrin ənənələrinə görə, matəm ayı ərzində toy etmək mədəni və sosial normaya zidd sayılır və bu, bir növ hörmətsizlik kimi qəbul edilə bilər. Bu səbəblərə görə, Məhərrəmlik ayı ərzində toy etməkdən çəkinmək adət olub.

Mövzu ilə bağlı danışan Elşad Miri AzVision.az -a bildirib ki, İslamda Məhərrəmlik ayında toy etməməklə bağlı qadağa yoxdur:

“Kim hansı ayda istəyir toyunu, nişanını edə bilər. O onun verə biləcəyi qərardır. Sadəcə bunu din adı altında insanlara təqdim edirlər. Məhərrəmlik anlayışı, Aşura ilə bağlı məsələ peyğəmbərin dövründə olmayıb. Quran da peyğəmbərin dövründə gəlib bitib. Bu, sonrakı dövrlərdə insanların özlərinin çıxardıqları bir yanaşmadır. Həmin günlərdə toy etməyən insanlar bizim 3000-dən çox şəhid verdiyimiz həmin günlərdə toy edəcəklər, yoxsa etməyəcəklər?”

Həmidə İbrahimova
AzVision.az

Seçilən
111
34
azvision.az

10Mənbələr