AZ

Belarusun müdafiə naziri

Şərqi Avropada hərbi-siyasi vəziyyət Qərb ölkələrinin destruktiv siyasəti nəticəsində nüvə münaqişəsinə çevrilə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

O qeyd edib ki, Qərb ölkələrinin koalisiyası qəsdən münasibətləri korlamağa yönəlmiş siyasət yürüdür, Birlik üzvlərinin əleyhinə davamlı olaraq aqressiv rəvayətlər irəli sürür:

“Nəticədə Şərqi Avropada bir sıra yeni hərbi çağırışlar və təhdidlər yaranıb. Regional təhlükəsizlik arxitekturasının faktiki iflası fonunda açıq hərbi qarşıdurmaya və hətta nüvə silahından istifadəyə gətirib çıxara bilər”, - o, Belarusun paytaxtı Minskdə MDB Müdafiə Nazirləri Şurasının iclasında qeyd edib.

Xrenin əlavə edib ki, Şərqi Avropa regionunda mövcud hərbi və siyasi vəziyyəti münaqişə rejiminə keçmək üçün bütün ilkin şərtlərlə böhran kimi xarakterizə etmək olar.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
bakivaxti.az

1Mənbələr