AZ

"Səbail"i legioneri təkr etdi: "Oğlum Bakıda doğulub"

Bosniya və herseqovinalı futbolçu Adi Mehremiç "Səbail"i tərk edib.

Prosport.Az xəbər verir ki, bu barədə 32 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Gəldiyim ilk gündən burada özümü evimdəki kimi hiss etdim. Oğlum Bakıda doğulub, ona görə də "Səbail", Bakı və Azərbaycanla hələ də sıx əlaqələrim var.
Klubdakı hər kəsə, idarə heyətinə, məşqçilərə, həkimə, fizioloqa, komanda yoldaşlarıma, mühafizəçilərə, bütün işçilərə təşəkkür etmək istəyirəm. Onların hamısı il boyu mənə və ailəmə sevgi və dəstəklərini əsirgəməyiblər. Bu vida deyil. Görüşənədək!", Mehremiç yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
prosport.az

1Mənbələr