AZ

Misirlə ticarət dövriyyəsi 4 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Misirlə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 4,6 dəfə və ya 18,2 milyon ABŞ dolları artaraq 23,2 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 5 ayında Azərbaycandan Misirə 3,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 13,5 dəfə və ya 3,6 milyon dollar çoxdur.

Misirdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,1 dəfə və ya 14,5 milyon dollar artaraq 19,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Misirlə ticarətin payı 0,12 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,1 faiz bəndi üstələyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
vergiler.az

2Mənbələr