AZ

Alla Puqaçovanın ailəsi gözünün qabağında DAĞILIR - FOTO

Rusiyanın Xalq artisti Alla Puqaçovanın nəvələri ilə münasibətlərinin soyuq olması və ünsiyyət qurmadıqları xəbərləri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə iddi rus mətbuatında yer alıb.

Mənbə yazır ki, əfsanəvi estrada ulduzunun ailəsi göz önündə dağılır.

Bildirilib ki, primadonnanın yaxınları indi dünyanın hər yerinə səpələnib. Sənətçi beşinci əri yumorist Maksim Qalkin və uşaqları Liza və Harri ilə birlikdə İsrailə mühacirət edib.

Məşhurun qızı Kristina Orbakayte əri Mixail Zemtsov və qızı Klaudiya ilə ABŞ-da məskunlaşıb.
Divanın böyük nəvəsi həyat yoldaşı Alena Krasnova ilə gizli şəkildə ABŞ-a qaçıb. Bu yaxınlarda isə Allanın nəvəsi Nikita Presnyakov hətta adını da deyişib.

Orbakaytenin Ruslan Baysarovla münasibətindən olan orta övladı ictimaiyyətin gözündən yoxa çıxıb. 2022-ci ildə Denis Baysarov partiya təşkilatçılığı işini dayandırdığını elan edib və gözlərdən itib. O, demək olar ki, heç yerdə görünmür. Baysarovu sonuncu dəfə bir neçə ay əvvəl anasının yanında görüblər. Kristina Denisin yaşayış yeri və ya onunla baş verənlər haqda danışmır.







Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
bizim.media

10Mənbələr