AZ

İki rayonu verin və Krımı bölün - Rusiya ilə ABŞ-ın Ukraynaya dair məxfi razılaşması...

İki rayonu verin və Krımı bölün... Rusiyanın ABŞ-la Ukrayna ilə sülhə dair hansı planı razılaşdırmağa çalışdığı məlum olub.

Bəlli olub ki, Ukraynalı jurnalist Dmitri Qordon Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin ABŞ-a gətirdiyi “Rusiya sülh planı”nın əsas tezislərini öz mənbələrindən öyrənib. Planın hələ açıqlanmayan versiyasına görə, orada bu təfərrüatlar yer alır.  

Ukrayna Donetsk və Luqansk vilayətlərindən tamamilə geri çəkilməlidir;

Rusiya Federasiyası Zaporojye Atom Elektrik Stansiyasını Ukraynaya verəcək və Dnepr boyunca Qara dənizə qədər hərbsizləşdirilmiş 100 kilometrlik zonaya nəzarət edəcək;

Ukrayna Krıma su təchizatını kəsməməyi üzərinə götürməlidir;

Ukrayna bloklara qoşulmamaq statusunu Konstitusiyada təsbit etməli, NATO və ya digər alyansa qoşulmamalıdır;

Ukrayna Konstitusiyasında 350 min nəfərdən ibarət “sülh vaxtı ordusu” anlayışını təsbit etməli və müəyyən silah siyahısına malik olmalıdır. Xüsusilə, Ukrayna heç bir növ 125-dən çox döyüş təyyarəsinə sahib ola bilməyəcək;

Krım Ukrayna və Rusiya Federasiyasının ikili tabeliyində olan xüsusi silahsızlaşdırılmış ərazi kimi müəyyən edilir;

ABŞ Rusiya Federasiyasına yüksək texnologiyaların tədarükü ilə bağlı, o cümlədən neft-qaz kompleksinə və bank sisteminə qarşı tətbiq edilən sanksiyaları ləğv edir;

Rusiya Federasiyası Zaporojye və Xerson vilayətlərinin tam şəkildə Ukraynaya verilməsini müzakirə etməyə hazırdır;

Rusiya Federasiyasının Ukraynanın Aİ-yə daxil olmasına qarşı heç bir iddiası yoxdur;

Hələ ki, məxfi saxlanan razılaşmanın son iki bəndi isə belədir - Cəbhə xətti boyunca atışmaların dayandırılması; Rusiya-ABŞ-Çin-Aİ-Ukrayna formatında atəşkəsə dair danışıqlara başlayandan dərhal sonra tətbiq edilməlidir; Yaxın və orta mənzilli raketlər haqqında müqaviləni canlandırmaq lazımdır, Ukrayna onu imzalamalıdır.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
hurriyyet.az

1Mənbələr