AZ

Moskva çimərliyində əcnəbi üç qızı zorlayıb

Moskvada Özbəkistan vətəndaşı yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq maddəsi ilə cinayət işi üzrə müttəhim olub.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə Borisovskie Prudı çimərliyinin ərazisində baş verib.

İstintaqın məlumatına görə, əcnəbi ən böyüyü 2012-ci il təvəllüdlü üç qızı zorlayıb.

"Onlar baş verənləri valideynlərinə danışıblar, onlar dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər", - idarədən bildirilib.

Özbəkistan vətəndaşına qarşı cinayət işi açılıb və o, saxlanılıb. Artıq həmin şəxsə qarşı ittiham irəli sürülüb. İstintaq əcnəbinin həbs olunmasını tələb edəcək.

Hazırda prosesdə iştirak edən şəxsin oxşar cinayətlərdə iştirakı olub-olmadığı yoxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
baku.ws

2Mənbələr