AZ

UEFA türk futbolçu ilə bağlı araşdırma edir

 Avro-2024-də Türkiyə millisinin futbolçusunun hərəkətinə görə qalmaqal yaranıb. Avstriya millisi üzərində qələbəni qeyd edən türkiyəli futbolçu Merih Dəmiral düz meydanda milliyyətçi təşkilat “Boz Qurdlar”ın jestini nümayiş etdirib.Missiya.Az xəbər verir ki, Dəmiral X sosial şəbəkəsində “Boz qurdlar” jestini göstərən fotosunu yayımlayıb və yazıb:“Türk olduğunu deyən insan nə xoşbəxtdir”.Türkiyəli idmançının bu hərəkəti sosial şəbəkələrdə hiddət fırtınasına səbəb olub. İş o yerə çatıb ki, Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feser bu qalmaqala cavab verməli olub. O, Türkiyə komandasının təmsilçisinin davranışını qətiyyətlə pisləyib.Feser qeyd edib ki, Almaniya hakimiyyəti UEFA-nın bu işi araşdıracağını və sanksiyalara baxacağını gözləyir.Artıq dünya mediası UEFA-nın bu hadisə ilə bağlı araşdırmaya başladığını yazıb.Qeyd edək ki, Türkiyə və Avstriya milliləri arasında oyun iyulun 2-də baş tutub. Qarşılaşma 2:1 hesabı ilə Türkiyənin xeyrinə başa çatıb.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
missiya.az

1Mənbələr