AZ

Belarus MN: Şərqi Avropada eskalasiya nüvə münaqişəsinə səbəb ola bilər

Belarusun müdafiə naziri Viktor Xrenin dünyaya yeni müharibə ehtimalı ilə bağlı xəbərdarlıq edib. O, iyulun 3-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı Şərqi Avropada geosiyasi vəziyyətin gərginləşməsinin açıq silahlı qarşıdurmanın başlanmasına və nüvə silahından istifadəyə səbəb ola biləcəyini deyib.

Nazirin sözlərinə görə, hazırda Şərqi Avropada “münaqişə mərhələsinə keçmək üçün ilkin şərtlərlə” böhran vəziyyəti yaranıb.

O əlavə edib ki,  Şərqi Avropada “regional təhlükəsizlik arxitekturasının demontajı” başlayıb və hərbi sahədə yeni təhlükələr yaranıb. Xreninin sözlərinə görə, bütün bunlar kütləvi qırğın silahlarından istifadə etməklə silahlı qarşıdurmanın başlamasına səbəb ola bilər.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
news365.az

1Mənbələr