Avropa İttifaqı (Aİ) Çinin onlayn pərakəndə satış mağazalarından alınan ucuz mallara gömrük rüsumları tətbiq etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, Aİ “Temu”, “Shein” və “AliExpress” kimi Çin onlayn pərakəndə satış mağazalarından alınan ucuz mallara tariflər tətbiq edəcək.

“Financial Times”ın yaydığı məlumata görə, Avropa Komissiyası bu ayın sonunda məhsulların rüsumsuz alına biləcəyi mövcud 150 avro (161 dollar) limitinin ləğvini təklif edəcək.

Aİ-nin hazırkı qaydalarına əsasən, Aİ üzvü olmayan ölkədən onlayn alınan məhsullar, dəyəri 150 avrodan az olarsa, gömrük rüsumu tutulmur.