AZ

“Ermənistanda Azərbaycana və Türkiyəyə işləyən insanlar peyda olub” - Marukyan

Nikol Paşinyanın xüsusi məsələlər üzrə keçmiş səfiri Edmon Marukyan yeni revanşist bəyanat verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Parlaq Ermənistan” partiyasının rəhbəri olan Edmon Marukyan Ermənistandakı siyasi vəziyyətlə bağlı müraciət edib.

“İnsanlar yazıb soruşurlar: müharibə təhlükəsi nə qədər yaxındır? İnsanlarda niyə belə bir sual yaranıb. Çünki Ermənistanda ictimai sahədə, mediada Azərbaycana və Türkiyəyə çalışan insanlar peyda olub. Bu adamlar ermənilərə qarşı terror törədirlər. Bunlar efirdəki terrorçulardır”, - deyə Marukyan qeyd edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
musavat.com

1Mənbələr