AZ

“Sumqayıt” Rusiya Premyer Liqası komandası ilə qarşılaşacaq

Təlim-məşq toplanışı üçün bu gün Türkiyəyə yollanacaq “Sumqayıt”ın yoxlama görüşündə üz-üzə gələcəyi 2 rəqib müəyyənləşib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Ankarada Rusiya və Türkiyə komandaları ilə qarşılaşacaq. Samir Abasovun yetirmələri iyulun 7-də Rusiya Premyer Liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyə I Liqa komandası “Gənclərbirliyi” ilə görüşəcək. Digər rəqibin kimliyi isə hələ bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
matc.az

1Mənbələr