AZ

Misirdə üçmərtəbəli bina çöküb, ölənlər var

Misirin Asyut vilayətində üçmərtəbəli binanın çökməsi nəticəsində 14 nəfər həyatını itirib.
''Əl-Yevm'' qəzetinin məlumatına görə, Asyut valisi İsam Saad Şərq rayonunda çökən üçmərtəbəli binanın dağıntılarının aradan qaldırıldığını bildirib.
Altı nəfərin xilas edildiyini bildirən İsam Saad hadisə nəticəsində 14 nəfərin həyatını itirdiyini qeyd edib.
İsam Saad faktla bağlı araşdırmanın aparıldığını söyləyib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
trt.net.tr

1Mənbələr