AZ

Ermənistan ABŞ-la yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır

Ermənistan və ABŞ yeni atom elektrik stansiyasının tikintisi imkanları ilə bağlı danışıqlar aparır, proses substantiv fazaya keçib.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
“Yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı biz çox mühüm mərhələyə qədəm qoyduq. Biz indi ABŞ-la hüquqi bazanın tənzimlənməsi məsələsini müzakirə edirik, bunsuz biz irəli gedə bilmərik”, – deyə Təhlükəsizlik Şurasının katibi bildirib
O əlavə edib ki, İrəvan təhlükəsizlik sahəsində etdiyi kimi beynəlxalq tərəfdaşlarla iqtisadi əlaqələri şaxələndirməyə çalışır.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
elchi.az

1Mənbələr