AZ

Türkiyəli futbolçu bu hərəkətinə görə cəza ala bilər – UEFA araşdırma başlatdı

Ötən gün Avropa çempionatının son 16 turu çərçivəsində baş tutan Türkiyə-Avstriya matçında ölkəsinə qələbəni gətirən qolların müəlifi olan Merih Demiral UEFA tərəfindən cəzalandırıla bilər.

“AzPolitika” xəbər verir ki, buna səbəb oyunçunun ötən gün vurduğu qolları “Bozqurd” işarəsi ilə qeyd etməsi olub.

UEFA-dan verilən açıqlamada sözügedən hadisə ilə bağlı araşdırmalara başlandığı bildirilib:“Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Demiralın 2 iyul 2024-cü il tarixində Avstriya ilə Türkiyə arasında keçirilən oyun zamanı iddia edilən qeyri-münasib davranışı ilə bağlı UEFA İntizam Qaydalarının 31(4) maddəsi ilə araşdırmala başlanılıb”.

Merih Demiralın cəza alıb-almaması sözügedən araşdırmanın ardından bəlli olacaq.

Xatırladaq ki, Türkiyə millisi ötən gün Avstriya seçməsini 2-1 hesabı ilə məğlub edərək 1/4 mərhələyə yüksəlib və Niderlandın rəqibi olub.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
azpolitika.info

1Mənbələr