AZ

İsmael Kone Marsel “Olimpik”ində

İngiltərənin “Uotford” klubunun və Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone Marsel “Olimpik”inə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı futbolçu tibbi müayinədən uğurla keçərək, 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Transfer Fransa klubuna 12 milyon avroya başa gəlib.

İsmael Kone 2023-cü ilin yanvar ayında Kanadanın “Monreal” klubundan 8 milyon avro qarşılığında “Uotford”a keçmişdi. O, ötən mövsüm Çempionşipdə 42 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi İngiltərə klubunun heyətində bütövlükdə 63 oyuna 4 qol vurub, 4 assist müəllifi olub.

Kone 2022-ci ilin mart ayında debüt etdiyi Kanada millisinin heyətində 21 oyunda 2 qol vurub.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
arena.az

1Mənbələr