AZ

Azərbaycanın bəzi yerlərində güclü yağış sürüşmə və çökməyə səbəb olub

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, yağan yağışlardan sonra şimal bölgəsində Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

Agentlik sədri vurğulayıb ki, hazırda qurumun əməkdaşları həmin ərazilərdə araşdırma və monitorinqləri davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
34
azpolitika.info

10Mənbələr