AZ

CNN telekanalı: Baydenin ölkədə müsbət reytinqi cəmi 34 faizdir

CNN

Bakı, 3 iyul, AZƏRTAC

CNN telekanalının iyulun 2-də keçirdiyi sorğuda ABŞ seçicilərinin 75 faizi bildirib ki, Demokratlar Prezident Co Baydenin yerinə fərqli namizədin olmasını təmin etməlidir və belə olan təqdirdə 2024-cü il prezident seçkilərində onların qalib gəlmə ehtimalı daha yüksək olacaqdır.

AZƏRTAC xəbər verir ki, CNN-in sorğusuna əsasən, seçicilər Baydenə görə sabiq Prezident Donald Trampı 6 bal daha çox - 43 faizə qarşı 49 faizlə dəstəkləyiblər.

CNN bildirib ki, ABŞ ictimaiyyəti arasında Baydenin müsbət reytinqi cəmi 34 faizidir, 58 faiz isə ona mənfi münasibət göstərir.

Baydenin keçən cümə axşamı Trampla ilk debatı zamanı zəif çıxış etməsi bəzi demokratları və onun tərəfdarlarını məyus edib, çünki o, fikirlərini ifadə etmək və Trampın iddialarına effektiv cavab verməkdə çətinlik çəkirdi.

CNN, həmçinin Demokratların iyirmidən çox hazırkı və keçmiş nüfuzlu siyasətçisinin Baydenin seçki kampaniyasını tərk etməli olduğuna dair qərar verdiyini bildirib. Onlardan bəziləri Prezidentin növbəti seçkilərdən bu həftə imtina etməli olduğunu deyib.

Ağ ev isə bildirib ki, Baydenin keçən həftə keçirilən debat zamanı zəif çıxışı ilə bağlı amerikalıların hisslərini və narahatlıqlarını qəbul edir. Mətbuat katibi Karine Jan-Pier jurnalistlərə açıqlamasında Prezidentin soyuqladığı xəbərlərini təsdiq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
azertag.az

2Mənbələr