AZ

Putin: İlin birinci yarısında Azərbaycanla ticarət dövriyyəsinin artımı 13% təşkil edib

Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlıq müsbət inkişaf edir, ilin birinci yarısında ticarət dövriyyəsinin artımı 13% təşkil edib.

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Astanada Azərbaycan lideri İlham Əliyevlə görüşündə bildirib .

“Ticarət-iqtisadi qarşılıqlı fəaliyyət məsələlərinə dair əlaqələrimiz müsbət inkişaf edir: dövriyyədə dörd milyarddan çox, 4,3-4,5 milyard isə Rusiya iqtisadiyyatına birbaşa investisiyalar təşkil edir. Azərbaycanda isə tendensiya yaxşıdır, ilin birinci yarısında 13% artım olub, ümumilikdə hər şey müsbət inkişaf edir”, - deyə Putin bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
operativmedia.az

1Mənbələr