AZ

Dilarədən yeni fotosessiya

Müğənni Dilarə Kazımova daha bir fotosessiyasını təqdim edib.   

OLAY yazır ki, sənətçi yeni çəkilişi haqda bunları söyləyib:

“Səhnədə olduğum illər ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu, məndə alınır. Başımda iri tac və əqrəb formalı boyunbağı ilə şəkil çəkdirmək istəyim, öz ideyam oldu.  Dizayner dostum İlahə Məmmədova bu fikrimi dəstəklədi və çox qısa zamanda aksessuarları mənim üçün hazırladı. Çəkiliş dəniz kənarında gerçəkləşdi. Fotoqraf Oruc Oruclu ilə birgə çalışmaqdan məmnun qaldım. Fotosessiyanın uğurlu alınmasında menecerim Elton Hacıyevin də zəhməti də az olmadı. Yəqin ki, oxucular yaratdığım obrazı gözəl qarşılayacaqlar.

Özüm-özümü tərifləmək istəmirəm. Amma həqiqətən Dilarə olaraq həmişə seçilmişəm. Məncə, bu əqrəb boyunbağı məndən başqa heç bir qadın müğənniyə yaraşmaz. İnanmıram ki, kimsə bu ideyamı təkrarlayıb, boğazına boyunbağı taxar”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
olay.az

1Mənbələr