AZ

Ukrayna müharibəsinə təsir edən üç amil - MKİ-nin sabiq direktoru açıqladı

 
"Rusiya ucqar kənd yerlərində yaxşı məvacib və ölümdən sonra yüksək ödənişlər təklif etməklə uğurlu səfərbərlik həyata keçirir..."
 
"ABŞ-ın Ukrayna və müttəfiqlərinə yardım üzrə böyük qətiyyəti Putini gələcək hücumlardan çəkindirəcək amil ola bilər..."
 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Devid Petreus bəyan edib ki, hazırda Ukraynada müharibəyə təsir edən üç amil mövcuddur.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın "McCain İnstitute"-u üçün müsahibəsində deyib. Məlumatı "unian.net" nəşri yayıb.
 
Onun fikrincə, bu, əhalinin sayı, texnologiyaların inkişafı və müttəfiqlərin yardımıdır.
 
"Rusiyanın əhali cəhətdən üstünlüyü var. Müharibənin əvvəlində bu üstünlük üçün birə nisbətində olub. Lakin ukraynalıların kütləvi axınını nəzərə alsaq, ehtimal ki, hazırda söhbət dördün birə, mümkündür ki, hətta beşin birə nisbətindən gedir", - o, deyib.
 
Petreus həmçinin qeyd edib ki, Rusiya ucqar kənd yerlərində yaxşı məvacib və ölümdən sonra yüksək ödənişlər təklif etməklə uğurlu səfərbərlik həyata keçirir. Bu zaman səfərbərlik Moskva və ya Sankt-Peterburqda aparılmır.
 
Amma Ukrayna onunla üzləşib ki, ordusunun böyük bir hissəsi orta yaşlı kişilərdən ibarətdir. Və yalnız indi Kiyev səfərbərlik haqqında qanunvericiliyini dəyişərək döyüş hissələrini doldurmağa cəhd göstərir.
 
"Ukraynada cəbhədə əsgərin orta yaşı 40-dan çoxdur. Mənim komandanlıq etdiyim müharibələrdə bu yaş 19-22 arasında olub. Hazırda onlar qanunvericiliyi dəyişib.
 
Və qüvvələrin formalaşdırılması prosesini davam etdirməli və itirilən zamanın əvəzini çıxmaq üçün Rusiyanın malik olduğu qüvvələrə qarşı durmağa cəhd etməlidir", - istefada olan general izah edib.
 
Bundan başqa, sabiq direktor qeyd edib ki, pilotsuz texnologiyalar bu müharibıni digərlərindən fərqləndirir. Ukrayna dronlardan həm səmada, həm də dənizdə uğurla istifadə edərək, Rusiyanın donanması və infrastrukturunu məhv edir.
 
"Onlar Rusiyanın neft emalı zavodlarını hədəfləyib, rusiyalılara Ukraynada və onun ətraflnda yerləşdirilən texnikanın yanacaqla doldurulmasına mane olur. Onlar kritik mühüm infrastrukturu, hava limanlarını məhv edir", - Petreus deyib.
 
Lakin rusiyalılar da yerində saymır. Onlar da hava hücumundan müdafiə və radioelektron mübarizədə təkmilləşir, hərbçi deyib.
 
Müttəfiqlərin yardımı ilə bağlı Petreus qeyd edib ki, Putin Rusiyanın hərbi-sənaye kompleksini nizama salmağa nail olub.
 
Bu, xeyli dərəcədə Moskvanın Pekindən detallar, Şimali Koreyadan mərmilər və İrandan dronlar əldə etməsilə bağlıdır. Bu, Kremlə Ukraynanın energetika sisteminə səmərəli hücumlar həyata keçirməyə imkan verir. 
 
"Problem ondadır ki, bunlar işləkdir. Onlar Ukrayna üzərinə kütləvi artilleriya zərbələri, idarəedilən aviasiya bombaları, sadəcə, böyük sayda artilleriya bombaları yağdırır. Bütün bunlar energetika şəbəkəsinə zərər vurur. Görsənir ki, bu qış çox soyuq olacaq. Hətta indi Ukraynada sutkanın 12 saatı enerji kəsilir", - Petreus izah edib.
 
Onun fikrincə, Qərb müttəfiqləri Ukraynaya yardımda həddən artıq ləngdir, texnikanın göndərilməsində geçikmələrə yol verilir.
 
"ATACMS uzaqvuran sistemlərlə bağlı qərar həddən artıq geç qəbul edilib. Biz hələ də onlardan Rusiya ərazisində istifadə etməyə məhdudiyyətlər qoyuruq. Avropa İttifaqı bu məsələyə xeyli ciddi yanaşır. Biz isə fövqəladə tərəddüdümüzlə etimadımızı sarsıdırıq", - o, vurğulayıb.
 
Petreusun fikrincə, ABŞ-ın Ukrayna və müttəfiqlərinə yardım üzrə böyük qətiyyəti Putini gələcək hücumlardan çəkindirəcək amil ola bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
moderator.az

1Mənbələr