AZ

Elektronik cihazların qızmaması üçün BUNLARI EDİN

Smartfon və ya notbukları uzun müddət birbaşa günəş işığı altında saxlamaq olmaz.

Referans.az xarici mediaya istinadən xəbər verir ki, bunu TECNO brendinin məhsul marketinq meneceri Evgeniy Rıbkin deyib.

Mütəxəssis Southern Federal ilə müsahibəsində vurğuladı ki, yayda yüksək temperatur düzgün istifadə edilmədikdə cihazın zədələnməsinə səbəb ola bilər.

Rıbkin smartfon və ya noutbuku uzun müddət birbaşa günəş işığı altında qoymamağı tövsiyə edir.

Telefon və ya planşetlərin həddən artıq isti olan zaman bateryasının doldurulması məqsədəuyğun hesab edilmir.

Bundan əlavə, yay istisində oyun oynamaqdan və videolara baxmaqdan çəkinmək daha yaxşıdır.

Rıbkinə görə, yalnız markalı şarj cihazlarından istifadə edilməlidir, çünki aşağı keyfiyyətli cihazlar batareyanı əlavə olaraq yükləyir.

Həmçinin, smartfonu şalvarın cibində və ya bədənə yaxın gəzdirmək onun daha da qızmasına səbəb olur. 

Noutbuk üçün isə o, soyuducu ilə stend almağı tövsiyə edib.

Kompüterin özünü ildə ən azı bir dəfə tozdan təmizləmək lazımdır. Bu xüsusilə yayda daha vacibdir.

Cihaz həddindən artıq qızarsa, onu söndürmək  və yaxşı havalandırılan yerdə, kondisionerin altında qoymaq lazımdır.

O həmçinin telefonu soyuducuda soyutmağın cihazı zədələyə biləcəyini deyib.

Rıbkin aşağı temperatur və qəfil dəyişikliyin cihazlar üçün təhlükə yaradacağı qənaətinə gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
referans.az

1Mənbələr