AZ

Senator Puşkov: Hillari Klinton ABŞ və bütün dünya üçün ən böyük təhlükədir- ÖZƏL

ABŞ və dünya üçün ən böyük təhlükə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintondur. 

Olaylar.az xəbər verir ki, bu qənaətə Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov gəlib.

Senatorun sözlərinə görə, Klinton Ağ Evin keçmiş rəhbəri Donald Trampa güc, nəzarət və nifrətlə aludə olub. 

"O, onu ABŞ və bütün dünya üçün ən böyük təhlükə adlandırır. Əslində, onun özü belə bir təhlükə idi",-o Telegram kanalında yazıb.

Puşkov xatırladıb ki, Klinton Liviyadakı müharibə və dağıntının "müəllifi", habelə Müəmmər Qəddafinin qətlinin həmmüəllifi olub. ABŞ-ın keçmiş dövlət katibi WikiLeaks-in qurucusu Culian Assancın öldürülməsinə çağırıb.

Senator qeyd edib ki, Tramp əksinə, heç bir müharibəyə başlamadı və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı danışıqlara başladı.

Bundan əvvəl Klinton prezident seçkilərində Ağ Evin keçmiş rəhbəri Donald Trampı dəstəkləyənləri Rusiya lideri Vladimir Putinə simpatiyada ittiham etmişdi. Belə ki, Klinton Macarıstanın baş naziri Viktor Orbanın Trampın yenidən prezident olacağı təqdirdə Kiyevə pul ayırmaq fikrində olmadığını bildirən mesajını şərh edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
olaylar.az

1Mənbələr