AZ

Kolumbiya, Kanada və Ekvador da 1/4 finala vəsiqə qazandı - AMERİKA KUBOKU

ABŞ-də keçirilən 48-ci Amerika Kubokunun (AK) qrup mərhələsi sona çatmaq üzrədi. Son 6 oyunda qeydə alınan nəticələrdən sonra daha üç komanda – Kolumbiya, Kanada və Ekvador 1/4 finala vəsiqə qazandı.

Xatırladaq ki, Argentina və Venesuela pley-offda yerini təmin edən ilk iki yığma olmuşdu.

qrup mərhələsi, 2-ci tur
D qrupu
Kolumbiya – Kosta Rika 3:0

L.Dias, 31-p. D.Sançes, 59. Kordoba, 62.
Kolumbiya: K.Varqas, Munyos, D.Sançes, Kuesta, Moxika, Lerma (Kastanyo, 72), Rios (Uribe, 46), Aryas, Xames Rodriges (Asprilya, 72), L.Dias (Borre, 72), Kordoba (Duran, 77).
Kosta Rika: Sekeyra, Mitçell, X.Varqas, Kalvo, Kiros, Lassiter (Mora, 46), Qalo, Agilera (Brenes, 46), Madriqal (Roxas, 83), Samora (Alkoser, 66), Uqalde (Kempbell, 46).

İlk oyunda Paraqvaya 2:1 hesabı ilə qalib gələn Kolumbiya yığması Kosta Rika ilə matçda elə bir çətinlik çəkmədi. Nestor Lorensonun komandası bu rəqibini üç cavabslz qolla məğlub etdi. Üçüncü qolu vuran Kordobaya assistentlik edən 32 yaşlı yarımmüdafiəçi Xames Rodriges 3 məhsuldar ötürmə ilə turnirin lideri oldu. 1/4 finala çıxan Kolumbiyaya qrup liderliyi uğrunda son oyunda Braziliyaya uduzmamaq kifayət edəcək.

Paraqvay - Braziliya 1:4
Alderete, 48 - Vinisius Junior, 35; 45+5. Savinyo, 43. Lukas Paketa, 45-p.
Paraqvay: Moriniqo, M.Espinosa (N.Ximenes, 73), Velaskes, Balbuena, Alderete, Vilyasanti, Bobadilya (Kabalyero, 84), Kubas, Ensiso (K.Romero, 73), Almiron (R.Sosa, 78), Arse (Bareyro, 73).
Braziliya: Alisson, Danilo, Militao (Qabriel, 87), Markinyos, Vendell, Joao Qomes, Bruno Gimaraynş (Duqlas Luis, 72), Lukas Paketa (Andreas Pereyra, 79), Savinyo, Vinisius Junior (Rafinya, 72), Rodriqo (Endrik, 79).

1-ci turun ilk sürpriz nəticəsi Hyustonda qeydə alınmışdı: Braziliya oyunboyu üstün futbol nümayiş etdirsə də, Kosta Rikanın qapısına yol tapa bilməmişdi. Dorival Juniorun çalışdırdığı beşqat dünya çempionu startdakı büdrəmənin acığını Paraqvaydan çıxdı. Braziliyanın rəsmi turnirlərdə 4 oyunluq qələbəsiz seriyasına son qoymasında dubl edən Vinisius Junior ilə bir qol vurub ona məhsuldar ötürmə verən Lukas Paketa böyük rol oynadılar. Paraqvayın pley-offa çıxmaq şansını itirdiyini də qeyd edək.

1. Kolumbiya 2 2 0 0 5-1 6
2. Braziliya 2 1 1 0 4-1 4
3. Kosta Rika 2 0 1 1 0-3 1
4. Paraqvay 2 0 0 2 2-6 0


3-cü tur
A qrupu

Argentina - Peru 2:0
Lautaro Martines, 47; 86.
Argentina: E.Martines, Montyel, Otamendi, Pesselya (Lukas Martines, 83), Talyafiko, Paredes (Q.Rodriges, 77), Lo Çelso (N.Qonsales, 66), Palasios, Di Mariya (Karboni, 77), Lautaro Martines, Qarnaço (E.Fernandes, 66).
Peru: Qalyese, Sonne, Korse, Sambrano, Kalyens, M.Lopes (Kueva, 77), Penya, Kartaxena (Kastilyo, 46), Flores (Rivera, 56), Reyna (Sanelatto, 63), P.Gerrero (Lapadula, 56).

Pley-offa erkən vəsiqə qazanan AK-nın son çempionu Peru ilə matça qeyri-optimal heyətlə çıxmışdı. Messi istənilən halda zədə üzündən qrupun son oyununu buraxmalı olacaqdı. Lionel Skaloninin komandası heyətdəki dəyişikliklərə baxmayaraq, ardıcıl 3-cü dəfə top buraxmadan qələbə qazandı. İlk dəfə start heyətində meydana çıxan Lautaro Martinesin qitə çempionatında vurduğu növbəti iki qol komandasının qrupu maksimum nəticə ilə başa vurmasına şərait yaratdı. “İnter”in hücumçusu 4 qolla bombardirlərin yarışına başçılıq edir. Argentina 1/4 finalda Ekvadorla qarşılaşacaq.

Kanada - Çili 0:0
Kanada: Krepo, Conston, Bombito, Kornelius, Lareya (Bükenen, 76), Devis, Euştakio, Osorio, Devid (Miller, 90+5), Şaffelberq (Millar, 65), Larin (Oluvaseyi, 76).
Çili: Aryas, İsla, Lixnovski, Maripan, Suaso, Eçeverriya (S.Peres, 82), M.Nunyes (Pulqar, 46), Osorio (Qaldames, 46), Davila (Brereton, 77), A.Sançes, E.Varqas (Bolados, 46).

A qrupundan ikinci vəsiqənin sahibi Kanada oldu. Çili ilə vacib matçda cənubi amerikalılara qələbə hava-su kimi lazım idi. Orlandodakı oyun futboldan çox əsəbi şəraitdə keçən mübarizəni xatırlatdı. Sol cinah müdafiəçisi Suaso 27-ci dəqiqədə növbəti xbərdarlığa görə çilililəri meydanda azlıqda qoydu. Bu isə müdafiəyə diqqəti əsla azaltmayan kanadalıların işinə yaradı. Qolsuz heç-heçə Cessi Marşın komandasını pley-offa çıxardı.

1. Argentina 3 3 0 0 5-0 9
2. Kanada 3 1 1 1 1-2 4
3. Çili 3 0 2 1 0-1 2
4. Peru 3 0 1 2 0-3 1


B qrupu
Yamayka - Venesuela 0:3

Belyo, 49. Rondon, 56. E.Ramires, 85.
Yamayka: Ueyt, Pinnok, Hektor, Latibodier (Kinq, 89), Hardinq (Anderson, 67), Lou, Palmer, Bell, Sefas (Dikson, 46), Qrey (Marşall, 88), Antonio (Nikolson, 67).
Venesuela: Romo, A.Qonsales, Anxel, Aramburu (Makun, 81), Osorio, Y.Errera (Rinkon, 60), Xose Martines, Maçis (Soteldo, 60), Seqoviya (Andrade, 74), Belyo, Rondon (E.Ramires, 81).

Venesuela AK-da yaxşı mənada təəccübləndrməkdə davam edir. Autsayder Yamaykaya da qalib gələn Fernando Batistanın komandası 1/4 finala qrupun lideri kimi vəsiqə qazandı.

Meksika - Ekvador 0:0
Meksika: X.Qonsales, X.Sançes, Montes, X.Vaskes, Arteaqa (Veqa, 90), Pineda (Antuna, 67), Romo (E.Sançes, 86), Çaves, Uerta (Gilyermo Martines, 67), S.Ximenes, Kinyones (Kortiso, 86).
Ekvador: A.Dominges, Feliks Torres, A.Presyado (Urtado, 90), Paço, İnkapye, M.Kaysedo, Franko, K.Rodriges (Qrueso, 75), Paes (Minda, 67), Sarmyento (Mena, 75), Valensiya.

Qolsuz “sülh” Ekvador yığmasının 2-ci yerdə qalmasını rəsmiləşdirdi. Turnirə gəncləşdirilmiş heyətlə gələn Meksikanın pley-offa çıxa bilməməsi AK-nın sürpriz faktlarından oldu.

1. Venesuela 3 3 0 0 6-1 9
2. Ekvador 3 1 1 1 4-3 4
3. Meksika 3 1 1 1 1-1 4
4. Yamayka 3 0 0 3 1-7 0


Bombardirlər: Lautaro Martines (Argentina) – 4, M.Arauxo, D.Nunyes (hər ikisi Uruqvay), Baloqun (ABŞ), Belyo, Rondon (Venesuela), Vinisius Junior (Braziliya) - 2.

AMERİKA KUBOKU
tarix saat oyun

2 iyul 05.00 Braziliya - Kolumbiya 1:1
2 iyul 05.00 Kosta Rika - Paraqvay 2:1
3 iyul 05.00 Argentina - Ekvador
4 iyul 05.00 Venesuela - Kanada

Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
football-plus.az

1Mənbələr