İqtisadçılar, ekspertlər qiymətlərin artırılmasını o qədər gözəl tərifləyib bizə yedirdirlər ki, adamın matı-qutu quruyur. Heç demə, qiymətlərin artırılması xalqımızın rifah halının yüksəlməsi üçündü.
Yadıma köhnə bir anekdot düşdü. İki qadın söhbət edir. Biri deyir:
- Mənim qızım şirkət rəhbərinin katibəsidi, yüksək maaş alır, şirkətin rəhbəri tez-tez onu özüylə xarici səfərlərə aparır, hərdən də Antalyaya istirahətə gedirlər.
O biri qadın deyir:
- Mənim də qızım ondandı, amma mən sənin kimi bəzəkli-düzəkli danışa bilmirəm.