AZ

MƏNİM DƏ QIZIM ONDANDI

İqtisadçılar, ekspertlər qiymətlərin artırılmasını o qədər gözəl  tərifləyib  bizə yedirdirlər ki, adamın  matı-qutu  quruyur. Heç demə, qiymətlərin  artırılması  xalqımızın rifah halının  yüksəlməsi üçündü. 

Yadıma  köhnə bir anekdot düşdü. İki qadın  söhbət edir.  Biri deyir:

- Mənim qızım şirkət rəhbərinin katibəsidi, yüksək maaş alır, şirkətin rəhbəri tez-tez onu özüylə xarici səfərlərə aparır, hərdən də Antalyaya  istirahətə gedirlər. 

O biri qadın deyir:

- Mənim də qızım ondandı, amma mən sənin kimi bəzəkli-düzəkli danışa bilmirəm. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
adalet.az

1Mənbələr