AZ

ABŞ-dən Şimali Koreyaya SƏRT XƏBƏRDARLIQ: "Məsələ ciddidir”

Pentaqon Şimali Koreyanın son raket sınaqlarına reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayder danışıb.

 

“Biz bir daha bu cür sabitliyi pozan davranışların məsuliyyətsiz olduğunu vurğulayırıq. Şimali Koreyanı yenidən diplomatik danışıqlara qayıtmağa çağırırıq. Son raket sınaqlarının ABŞ, bölgədəki müttəfiqlərimiz və ya tərəfdaşlarımız üçün təhlükə yaratdığına dair heç bir qiymətləndirmə olmasa da, məsələ kifayət qədər ciddidir”- Rayder qeyd edib.

 

İyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti ilə bağlı da danışan Rayder Cənubi Koreya və digər regional müttəfiqlərlə əməkdaşlığın görüşün gündəm bəndlərindən biri olacağını bildirib.

 

“Müdafiə naziri Lloyd Ostin sammit zamanı transatlantik müdafiə sənayesi istehsalının artırılması, müttəfiqlərdən müdafiə investisiyalarının təmin edilməsi, NATO ilə onun Hind-Sakit okean tərəfdaşları, o cümlədən Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə dair danışıqlar aparacaq. Alyans yarandığı gündən bəri bəşər tarixində ən böyük müdafiə ittifaqıdır. Gələn həftə keçiriləcək sammit isə ABŞ-nin NATO-ya sarsılmaz sadiqliyini, alyansın qlobal təhlükəsizlik və sabitliyin qorunmasında kritik əhəmiyyətini nümayiş etdirəcək”,  - Rayder fikrini yekunlaşdırıb.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
sfera.az

2Mənbələr